Crypto Academy Azerbaijan komandası 2020-ci ildə qurulmuşdur və kriptovalyuta sahəsində 4 illik təcrübəsi olan treyderlərdən və investorlardan ibarətdir. Həmçinin “Quantitative trading” bacarıqlarına yiyələnmiş və bu sahədə təcrübə qazanmış mütəxəssislər komandamızda yer alır.
Əsas məqsədimiz, düzgün infrastruktur və tədris məzmunu ilə doğru bir icma yetişdirib, ölkəmizdə kriptovalyuta sahəsinin inkişafına dəstək olmaqdır. Gələcəkdə, topluluğumuzdan Kriptovalyuta və Blokçeyn sahəsi üzrə peşəkarlar yetişdirərək komandamızı genişləndirib, qlobalda daha böyük nailiyyətlərə imza atmağı planlayırıq.
Crypto Academy Azerbaijan kursu sizə Blokçeyn və Bitcoin-in nə olduğundan başlayaraq, kriptovalyuta investisiyası və treydinqinə qədər bütün mərhələləri həm nəzəri (teorik) dərslərlə, həm də praktiki master-klaslarla bu sahəni tam şəkildə öyrədəcək. Kursun tərkibində onlayn video dərslər, bazar analizləri, interaktiv tədris metodları, podcastlar və digər zəngin məzmunlar yer alacaq.
Kriptovalyuta və Blokçeyn nədir, bu sahədən necə gəlir əldə edilə bilər kimi sualların cavablarını ən ideal və sadə şəkildə video kontentlər şəklində təqdim edirik. Videodərslərimizin üstünlüyü ondadır ki, istədiyiniz vaxt və məkan məhdudiyyəti olmadan dərsləri sərbəst şəkildə izləyə bilərsiniz.
İşin praktiki hissəsini onlayn həftəlik bazar analizləri və texniki analiz master-klasları ilə öyrənəcəksiniz. Yəni, nəzəri və praktiki bacarıqlarınız paralel şəkildə inkişaf edəcək və bu dərslər sayəsində öz sərmayənizi necə idarə edib gəlir əldə edəcəyinizi öyrənəcəksiniz.
Cəmiyyət anlayışı Crypto Academy Azerbaijan-ın əsasını təşkil edir. Çünki biz sadəcə tədris platforması deyil, daimi inkişaf edəcək, qlobal səviyyədə uğurlar qazanacaq bir cəmiyyət yaratmaq istəyirik.
Bu mühiti formalaşdırmaq üçün daimi olaraq quizlər, sual-cavablar, yarışmalar (mükafatlı) və digər interaktiv fəaliyyətlər həyata keçirəcəyik. Eyni zamanda, bu fəaliyyətlərlə onlayn dərslərdə olan ünsiyyət əskikliyini aradan qaldırmağı planlaşdırırıq.